Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Samirra şəhərində Ərbəin zəvvarlarına hücumun qarşısı alınıb

12 Sentyabr 2022, 11:44 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews, B.Samid. İraqın Səlahəddin əyalətində Ərbəin zəvvarlarına hücumun qarşısı zamanında alınıb.

SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan “Haşd-Şabi” (Xalq Səfərbər Qüvvələri) məlumat yayıb.

Bildirilib ki, Səlahəddin əyalətinin Samirra şəhərinin cənubunda Ərbəin zəvvarlarına və burada postları olan təhlükəsizlik qüvvələrinə hücumun qarşısı zamanında alınıb.

Belə ki, İŞİD üzvlərinin bölgəyə sızmaq və buradan ziyarət karvanlarını hədəfə almaq üçün planları zamanında zərərsizləşdirilib.

İraq mənbələrinin məlumatına görə, indiyədək Ərbəin ziyarəti üçün ölkəyə üç milyon xarici zəvvar gəlib və bu say artmaqdadır. Ümumiyyələ Ərbəin ziyarətinə qatılacaq zəvvarların sayının hətta 20 milyona çatacağı gözlənilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İmam Hadi ən-Nəqinin şəhadət günündə on minlərlə zəvvar Samirra şəhərinə yollanıb (FOTO)

İŞİD Kərbəla və Samirrada elektrik enerjisi xətlərini partladıb

İraq ordusu Samirra ətrafında İŞİD-ə sarsıdıcı hava zərbələri endirib (VİDEO)

"Sepah"ın tanınmış komandirlərindən biri Samirradakı döyüşlərdə həlak olub (FOTO)

İŞİD imamların Samirradakı məqbərələrinə minaatanlar və raketlərdən hücum edib

İraqın Samirra şəhərində 4 kamikadze əməliyyatı törədilib, ölən və yaralananlar var

Ərəbistanlı kamikadze Samirranın şimalında 24 nəfəri öldürüb (FOTO)

İraq ordusu Bağdad-Samirra yolunun təhlükəsizliyini təmin edib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66