İran və İraqın daxili işlər nazirləri Ərbəin ziyarətinin təhlükəsizliyi üçün görüşüblər08 Sentyabr 2022, 13:43 (GMT +4) Bakı, 8 sentyabr, SalamNews, B.Samid. İranın daxili işlər naziri Əhməd Vəhidi İraqa gedib.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, İranın daxili işlər naziri Əhməd Vəhidi bu gün Bağdada gedib.
Məlumata görə iranlı nazir iraqlı həmkarı Osman əl-Qanimi ilə görüşərək, Ərbəin ziyarətinin təhlükəsizlik məsələləri, iranlı və digər zəvvarların İraqa keçməsi və ziyarət prosesinin asanlaşdırılması üçün danışıqlar aparıb.
Məlumata görə İrandan keçib İraqa daxil olmaq istəyən pakistanlı və əfqanıstanlı zəvvarların məsələsi də müzakirə edilir.
Qeyd edək ki, xarici zəvvarlar səfər ayının ortalarından başlayaraq, Nəcəfdən Kərbəlaya olan 80 km-lik yolu piyada qət edir və İmamın qırxında (20 səfər) özlərini Kərbəlaya çatdırırlar.
|