Kərbəla yolunda xarici zəvvarların maşını qəzaya uğrayıb, ölən və yaralananlar var07 Sentyabr 2022, 09:16 (GMT +4) Bakı, 7 sentyabr, SalamNews, B.Samid. İraqın şərqində iranlı zəvvarları daşıyan maşın qəzaya uğrayıb. Hadisə nəticəsində həyatını itirən və yaralananlar var.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Misan əyaləti polisi məlumat verib.
Bildirilib ki, əyalətin əl-Əmarə şəhəri ərazisində xarici zəvvarları daşıyan avtomobilin qəzaya uğraması nəticəsində bir iranlı zəvvar həyatını itirib.
Daha beş iranlı zəvvar müxtəlif dərəcələrdə yaralanıb. Onlar Misan əyalətində xəstəxanalara çatdırılıblar.
Bildirək ki, bu gün səfər ayının 10-dur. Xarici zəvvarlar səfər ayının ortalarından başlayaraq Nəcəfdən Kərbəlaya olan 80 km-lik yolu piyada qət edərək, səfər ayının 20-də, yəni Ərbəin günündə özlərini İmam Hüseynin (ə) hərəminə çatdırırlar. İran hökuməti mənbələri bu il ölkənin sərhəd keçidlərindən keçməklə Ərbəin ziyarətinə altı milyon civarında xarici zəvvarın gedəcəyini təxmin ediblər.
|