Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakının Tbilisi prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

31 Avqust 2022, 14:04 (GMT +4)

Bakı, 31 avqust, SalamNews. Bu gün saat 00:00-dan sabah saat 22:00–a qədər Bakının Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66