Gələn həftədən Kərbəla ziyarətinə qatarla getmək mümkün olacaq26 Avqust 2022, 12:30 (GMT +4) Bakı, 26 avqust, SalamNews, B.Samid. Ərbəin münasibətilə gələn həftədən Tehran-Kərbəla qatarı fəaliyyətə başlayacaq.
SalamNews xəbər verir ki, İranda bu marşrut üzrə qatar biletlərinin turizm agentlikləri və karvanlar vasitəsilə satışı həyata keçiriləcək.
Bu xətt üzrə qatar Tehrandan Şələmçəyə və Bəsrədən Kərbəlaya qədər hərəkət edəcək. Sərnişinlər avtobusla Şələmçə sərhədindən Bəsrəyə (təxminən 30 kilometr məsafədə) daşınacaq.
Hər həftə bir qatar Tehrandan Kərbəlaya yola düşəcək.
|