Qəbələdə dağlıq ərazidə yanğın başlayıb, helikopter cəlb olunub23 Avqust 2022, 16:30 (GMT +4) Bakı, 23 avqust, SalamNews. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
SalamNews xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
|