Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib, xüsusi müşavirə keçirib (VİDEO)

19 Avqust 2022, 20:19 (GMT +4)

Bakı,19 avqust, SalamNews. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və FHN-in aidiyyəti strukturlarının rəhbərləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayon prokurorları iştirak ediblər.

Müşavirədə hazırda respublikanın şimal bölgəsində yanğınlarla bağlı son vəziyyət və yanğınların tam söndürülməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq, yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb. O, Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.

Nazir əlavə edib ki, yanğınların söndürülməsi əməliyyatlarına Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Bundan əlavə, yanğınlarla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin canlı qüvvə və texnikaları cəlb edilib. Həmçinin, yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyi və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edirlər.

Müşavirədə baş vermiş yanğınların tam söndürülməsi istiqamətində görülən işlər geniş müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

Sonra nazir Kəmaləddin Heydərov yanğın baş vermiş ərazilərə helikopterlə baxış keçirib.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Oktyabr 2022, 17:22 (GMT +4)
Onkoloji xəstələrin və qazilərin bank hesablarındakı pulları ələ keçirən şəxs saxlanılıb

03 Oktyabr 2022, 17:12 (GMT +4)
Dövlət Duması dörd yeni bölgənin Rusiyaya qəbulu haqqında sazişləri ratifikasiya edib

03 Oktyabr 2022, 17:10 (GMT +4)
Kənd təsərrüfatı naziri Neftçalada vətəndaşları qəbul edəcək

03 Oktyabr 2022, 17:00 (GMT +4)
MN: Hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib

03 Oktyabr 2022, 16:52 (GMT +4)
Polşanın xarici işlər naziri Almaniyadan təzminat tələb edən nota imzalayıb

03 Oktyabr 2022, 16:51 (GMT +4)
Somalinin mərkəzində partlayışda yerli rəsmilər də daxil olmaqla 10 nəfər həlak olub

03 Oktyabr 2022, 16:50 (GMT +4)
FHN-də rəis vəzifəsində işləmiş şəxs barəsində cinayət işi başlanılıb

03 Oktyabr 2022, 16:41 (GMT +4)
Lavrov: ABŞ Hitlerin SSRİ-yə qarşı davrandığı kimi davranaraq, Ukraynanı Rusiya ilə müharibə vasitəsinə çevirdi

03 Oktyabr 2022, 16:30 (GMT +4)
Azərbaycanda son sutkada 26 nəfər koronavirusa yoluxub

03 Oktyabr 2022, 16:20 (GMT +4)
Qazaxıstan XİN: KTMT qüvvələrinin Ukraynadakı münaqişədə iştirakı məsələsi gündəmdə deyil

03 Oktyabr 2022, 16:18 (GMT +4)
DİN: Bakıda avtomobildən 8400 manat pul oğurlanıb

03 Oktyabr 2022, 16:07 (GMT +4)
Metronun Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti ləğv edilib

03 Oktyabr 2022, 15:57 (GMT +4)
Livan İsraillə birgə qaz yataqlarını işlətməyəcəyini bildirib 

03 Oktyabr 2022, 15:48 (GMT +4)
AAYDA: Bakının Tələt Şıxəliyev küçəsi təmir olunur

03 Oktyabr 2022, 15:37 (GMT +4)
Peskov: Rusiya Ukraynanın NATO-ya daxil olmaq cəhdini diqqətlə izləyir

03 Oktyabr 2022, 15:30 (GMT +4)
BŞTİ: Bakıda 22 733 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

03 Oktyabr 2022, 15:20 (GMT +4)
Azərbaycan və Türkiyənin aqrar sahədə həmkarlar təşkilatları əməkdaşlıq edəcək

03 Oktyabr 2022, 15:14 (GMT +4)
Hərbi ekspert: “Məlum videonun ortaya çıxması sülh danışıqlarına qarşı atılmış növbəti addımdır” (VİDEO)

03 Oktyabr 2022, 15:07 (GMT +4)
Kisida: Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq yolunda istiqamətini davam etdirir

03 Oktyabr 2022, 15:00 (GMT +4)
DİN: Son 20 gündə Azərbaycanda tutulan narkotacirlərin sayı açıqlanıb

03 Oktyabr 2022, 14:50 (GMT +4)
Litva DİN: Rusiyalıların ölkəyə girişinə qadağa qoyulduğu iki həftə ərzində 300-dən çox insan ölkəyə buraxılmayıb

03 Oktyabr 2022, 14:45 (GMT +4)
Bakıda klinikada ölüm hadisəsi qeydə alınıb

03 Oktyabr 2022, 14:35 (GMT +4)
İran: Separatçı kürd qrupları ilə bağlı rəsmi Bağdada xəbərdarlıq etmişdik

03 Oktyabr 2022, 14:33 (GMT +4)
ABŞ-da “İan” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb

03 Oktyabr 2022, 14:30 (GMT +4)
Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək

03 Oktyabr 2022, 14:20 (GMT +4)
Bir qrup idman mütəxəssisi təltif edilib (SİYAHI)

03 Oktyabr 2022, 14:15 (GMT +4)
Azərbaycan XİN Koreyanı Milli Gün münasibətilə təbrik edib

03 Oktyabr 2022, 14:05 (GMT +4)
Kisida: Tokio-Vaşinqton ittifaqı Yaponiyanın təhlükəsizliyi üçün getdikcə daha çox əhəmiyyət kəsb edir

03 Oktyabr 2022, 14:00 (GMT +4)
ANAMA: Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlanıb

03 Oktyabr 2022, 13:56 (GMT +4)
Ayətullah Xamenei: Son iğtişaşlar ABŞ, sionist rejimi və davamçılarının planı idi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66