TASS: Krımın şimalında hərbi sursatlar partlayıb16 Avqust 2022, 10:50 (GMT +4) Bakı, 16 avqust, SalamNews. Krım yarımadasının şimalında hərbi sursatlar partlayıb. Yaxınlıqdakı Mayskoye kəndi boşaldılır.
SalamNews "TASS" a istinadən xəbər verir ki, bu barədə Mayskoye yaşayış məntəqəsinin administrasiyasından bildirilib.
"Bu keçmiş fermadır. Hərbçilərin müvəqqəti cəmləşmə yeri. Sursat partlamasıdır", deyə məlumatda deyilir.
Bildirilib ki, Mayskoe sakinlərinin bir qismi öz avtomobilləri ilə və ya qonşuları ilə kəndi tərk ediblər. Bunu edə bilməyən, lakin müvəqqəti olaraq qəsəbəni tərk etmək istəyənləri hakimiyyət nümayəndələri avtobuslarla ərazidən uzaqlaşdırmağa hazırdır.
Çərşənbə axşamı Rusiya Energetika Nazirliyinin "Telegram" kanalında yayılan məlumatına görə, Krımın şimalında baş verənlərə görə istehlakçıların enerji təchizatı kəsilməyib.
Öz növbəsində Aksenovun müşaviri Oleq Kryuçkov rəsmi açıqlamaları gözləməyə çağırıb.
|