Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nazirlik: Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb

13 Avqust 2022, 16:18 (GMT +4)

Bakı, 13 avqust, SalamNews. Azərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı ölkə başçısının imzaladığı fərmanla yeni mexanizmlər hazırlanıb.

Bunu SalamNews-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O qeyd edib ki, bu mexanizmə əsasən ilk növbədə dövlət dəstəyi ilə müasir, daha yüksək məhsuldarlığa imkan verən texnologiyalar, xüsusilə pilot suvarma sistemləri texnologiyaları təşkil olunacaq

“Suvarma sistemlərinin 40 %-i dövlət tərəfindən subsidiyalaşdırılacaq. Həmçinin, yerdə qalan vəsait güzəştli kreditlərlə təmin olunacaq. Bununla da 55-65 sentner səviyyəsində məhsuldarlıq əldə edən təsərrüfatların, sahələrin xüsusi çəkisi genişlənmiş olacaq. Eyni zamanda, pilot suvarma texnologiyalarını tətbiq edən təsərrüfatlar tərəfindən istehsal olunan ərzaqlıq buğdaya görə 2023-cü ildən məhsul subsidiyası da ayrılacaq. Söhbət bu payız əkiləcək taxıllardan gedir. Yəni subsidiyalar həm texnologiyalara, həm də məhsula görə ayrılacaq. Bu təşviq mexanizmləri ərzaqlıq buğda istehsalının artımı baxımından olduqca ciddidir”.

F.Fikrətzadə onu da əlavə edib ki, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızın tədricən təsərrüfat dövriyyəsinə cəlb olunması hesabına həmin ərazilərdə də taxıl istehsalının artımına nail olunacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdi ki, buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 % idi:

“Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 % səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun isə 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.

Arpa toxumu çatışmazlığı isə daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb.

İl ərzində ölkənin kartof toxumuna tələbatı isə 168,3 min ton təşkil edib. Bunun cüzi hissəsi yerli istehsal, 32,1 min tonu idxal hesabına ödənilib. Son nəticədə 136,2 min ton toxuma əlavə ehtiyac yaranıb.

Xatırladaq ki, ənənəvi olaraq Azərbaycanda hər il 550-600 min hektar ərazidə buğda əkilir. Bu gün ərzaqlıq buğda ilə təminetmə əmsalı 25 % təşkil edir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66