Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub

13 Avqust 2022, 15:50 (GMT +4)

Bakı, 13 avqust, SalamNews. Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan xəbər verilib.

Bildirilib ki, 10 nəfər Kürdəmir rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək cari ilin aprel-may aylarında Nemət adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək iri və xırdabuynuzlu heyvanlarını ələ keçirdiyini deyiblər.

Daxil olan müraciətlər əsasında Kürdəmir ayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayonun Muradxan kənd sakini Nemət Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o, törətdiyi əməllərini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, N.Baxşiyev qeyd edilən aylar ərzində rayonun Çərtəyəz, Çöl-Ərəb, Ərəbxana, Sor-Sor və Yenikənd kənd sakini olan 10 təsərrüfatçının etibarından istifadə edərək, aldatma yolu ilə onlara məxsus ümumilikdə 25 iribuynuzlu və 28 xırdabuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişlərə ümumilikdə 21528 manat maddi ziyan vurub. Daha sonra isə həmin heyvanları dəyərindən ucuz qiymətə satan N.Baxşiyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əgər N.Baxşiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş olunur.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Oktyabr 2022, 14:19 (GMT +4)
Suriya Ordusu ilə ABŞ qüvvələri arasında atışma olub, ölənlər var

06 Oktyabr 2022, 14:03 (GMT +4)
İlham Əliyev: Azərbaycan Brüssel formatını dəstəkləyir

06 Oktyabr 2022, 14:00 (GMT +4)
Aİ-də Ukraynanın hərbi əməliyyatlar zamanı NATO-ya üzv ola bilməyəcəyini bəyan ediblər

06 Oktyabr 2022, 13:43 (GMT +4)
Vətən Müharibəsi iştirakçısı Tovuz şəhəri üzrə "KOB Dostu" təyin edilib

06 Oktyabr 2022, 13:31 (GMT +4)
İranda son etiraz və iğtişaşlarda saxlanılanların yarısı sərbəst buraxılıb

06 Oktyabr 2022, 13:28 (GMT +4)
Qazaxıstanın hakim partiyası Tokayevin prezidentliyə namizədliyini irəli sürməyi təklif edib

06 Oktyabr 2022, 13:25 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

06 Oktyabr 2022, 13:13 (GMT +4)
Reuters: Tailandda uşaq mərkəzində atışma nəticəsində azı 34 nəfər ölüb

06 Oktyabr 2022, 13:06 (GMT +4)
Səbuhi Əhmədovun qardaşına 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub (RƏSMİ)

06 Oktyabr 2022, 12:54 (GMT +4)
MN: Azərbaycan Ordusunda silah və hərbi texnika payız-qış istismar rejiminə keçirilir (VİDEO)

06 Oktyabr 2022, 12:53 (GMT +4)
ADY: Sumqayıt-Bakı qatarının havalandırma sistemində fasilələr baş verib

06 Oktyabr 2022, 12:44 (GMT +4)
Prokurorluq: Sentyabr hadisələrində erməni hərbçilər 6 azərbaycanlını işgəncə ilə öldürüb

06 Oktyabr 2022, 12:35 (GMT +4)
Ermənistan Azərbaycana 16 milyard manatdan çox ekoloji ziyan vurub

06 Oktyabr 2022, 12:30 (GMT +4)
Baş prokuror: Tapılan meyit qalıqlarının bir neçəsinin kimliyi müəyyən edilib

06 Oktyabr 2022, 12:27 (GMT +4)
İran Rusiyanın Ukraynanın dörd vilayətini anneksiyasına münasibət bildirib

06 Oktyabr 2022, 12:20 (GMT +4)
Baş Prokurorluq: Azərbaycan əsir götürülmüş 164 ermənini və 1 713 meyiti qarşı tərəfə təhvil verib

06 Oktyabr 2022, 12:19 (GMT +4)
Tramp: ABŞ indiki dövlət başçısı Co Baydenin hərəkətləri səbəbindən tənəzzülə uğrayır

06 Oktyabr 2022, 12:13 (GMT +4)
Baş Prokurorluq: Atəşkəs dövründə ermənilər 400 Azərbaycan hərbçisini və 31 mülki şəxsi qətlə yetirib

06 Oktyabr 2022, 12:08 (GMT +4)
Sentyabr döyüşlərində ermənilərə təhvil verilmiş əsir və meyitlərin sayı açıqlanıb

06 Oktyabr 2022, 12:00 (GMT +4)
Prezident İlham Əliyevin Praqada Şarl Mişellə görüşü başlayıb (YENİLƏNİB)

06 Oktyabr 2022, 11:51 (GMT +4)
Husilər atəşkəs dayandıqdan sonra Səudiyyə və BƏƏ-nə hücumla bağlı xəbərdarlıq ediblər

06 Oktyabr 2022, 11:50 (GMT +4)
Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımlarda həlak olanların sayı açıqlanıb

06 Oktyabr 2022, 11:49 (GMT +4)
Burkina Fasoda çevriliş lideri prezident təyin edilib

06 Oktyabr 2022, 11:39 (GMT +4)
Baş prokuror: Ermənistan Azərbaycana qarşı cinayətlərini müxtəlif üsullarla davam etdirib

06 Oktyabr 2022, 11:29 (GMT +4)
İlon Mask: Şərqi Ukraynada Rusiyaya üstünlük verilir

06 Oktyabr 2022, 11:19 (GMT +4)
Azərbaycanda qeyri-neft ixracı 17% artıb

06 Oktyabr 2022, 11:08 (GMT +4)
İqor Korotçenko: Azərbaycan istənilən təcavüzkar hücuma cavab verəcək

06 Oktyabr 2022, 10:58 (GMT +4)
İran prezidenti Təbriz yaxınlığında baş verən zəlzələnin xəsarətlərinin aradan qaldırılması üçün göstəriş verib

06 Oktyabr 2022, 10:50 (GMT +4)
DİN: Füzulidə silah-sursat aşkarlanıb

06 Oktyabr 2022, 10:38 (GMT +4)
Gömrük Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66