NATO-nun baş katibi Rusiya ilə əməkdaşlığa son qoyulmasından təəssüfləndiyini bildirib10 Avqust 2022, 12:42 (GMT +4) Bakı, 10 avqust, SalamNews . NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ilə əməkdaşlığa son qoyulmasından təəssüfləndiyini bildirib.
SalamNews-un "Gazeta.ru"ya istinadla verdiyi xəbərə görə, Stoltenberq bu barədə Monteneqronun “Vijesti” nəşrinə müsahibəsində bildirib.
Baş katibin sözlərinə görə, Şimali Atlantika Alyansı onilliklər ərzində Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışıb.
"Biz Rusiya-NATO Şurasını yaratdıq, Rusiya-NATO-nun təsis aktını razılaşdırdıq və Rusiyanı Avro-Atlantik məkanda təhlükəsizliyi gücləndirmək üçün birgə işləməyə dəvət etdik, lakin Rusiya daha böyük inam və tərəfdaşlıq və daha sıx əməkdaşlıq qurmaqdan imtina etdi. Mən bundan dərin təəssüf hissi keçirirəm", deyə Stoltenberq vurğulayıb.
Alyansın baş katibi həmçinin qeyd edib ki, NATO bundan sonra da “riskləri idarə etmək və azaltmaq, eskalasiyanın qarşısını almaq və şəffaflığı artırmaq məqsədilə Moskva ilə əlaqə kanallarını açıq saxlamağa hazırdır”.
|