Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib

10 Avqust 2022, 12:10 (GMT +4)

Bakı, 10 avqust, SalamNews. Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.

SalamNews-un xəbərinə görə, Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, eləcə də nüfuzlu media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Baş prokuror Kamran Əliyev giriş nitqi ilə çıxış edib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün bütün şərait yaradılıb. Media inkişaf etmədən cəmiyyətin düzgün tərəqqisi mümkün deyil və ona görə də ulu öndər Heydər Əliyev media ilə bağlı bütün institutların inkişafına böyük diqqət yetirib.

K.Əliyev deyib ki, Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub: “Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib. Medianın cəmiyyətdə rolu böyükdür. Prezident mediaya xüsusi diqqət göstərir və onun fəaliyyəti ilə gündəlik maraqlanır”.

Baş prokuror qeyd edib ki, XXI əsrin cəmiyyətləri və dövlətləri medianın inkişafı olmadan inkişaf edə bilməz: “Bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda media dördüncü hakimiyyətdir. Bunu hər kəs təsdiq edə bilər”.

Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilmiş, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.

İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Oktyabr 2022, 17:00 (GMT +4)
Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 16:50 (GMT +4)
FHN: Xətai rayonunda yaşayış binasında yanğın başlayıb

01 Oktyabr 2022, 16:40 (GMT +4)
Son sutkada Azərbaycanda 92 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

01 Oktyabr 2022, 16:35 (GMT +4)
"Real" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir

01 Oktyabr 2022, 16:30 (GMT +4)
Azərbaycanın daha 2 rayonunda "KOB dostları" fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 16:19 (GMT +4)
OPEC+ 2020-ci ildən bəri ilk dəfə olaraq oktyabrın 5-də əyani iclas keçirəcək

01 Oktyabr 2022, 16:08 (GMT +4)
Ombudsman Füzuli və Tərtərdəki mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

01 Oktyabr 2022, 16:05 (GMT +4)
Britaniyalılar Baydeni Putinə etdiyi xəbərdarlıqlara görə qınayıblar

01 Oktyabr 2022, 15:55 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

01 Oktyabr 2022, 15:45 (GMT +4)
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Şimal axını”nda təxribat ABŞ üçün faydalıdır

01 Oktyabr 2022, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Sofiyada dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda iştirak edib

01 Oktyabr 2022, 15:33 (GMT +4)
"Napoli"nin müdafiəçisi A seriyasında ayın ən yaxşısı seçilib

01 Oktyabr 2022, 15:31 (GMT +4)
Azərbaycanın ictimai iaşə dövriyyəsinin 65 %-i Bakının payına düşür

01 Oktyabr 2022, 15:21 (GMT +4)
İran İraqın şimalında separatçı kürd qruplaşmalarını yenidən hədəfə alıb

01 Oktyabr 2022, 15:10 (GMT +4)
"Şəhidlər ölməzdir" adlı rəsm sərgisi və müsabiqəsi keçirilib (VİDEO)

01 Oktyabr 2022, 15:05 (GMT +4)
Almaniya MN: Kiyevin NATO-ya daxil olmaq ərizəsi alyansın bütün üzvləri tərəfindən müzakirə olunacaq

01 Oktyabr 2022, 15:02 (GMT +4)
Azərbaycanın üç boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

01 Oktyabr 2022, 15:00 (GMT +4)
Azərbaycan və Qazaxıstan rəqəmsal sahədə birgə layihələr reallaşdıracaqlar

01 Oktyabr 2022, 14:50 (GMT +4)
Əlaqələndirmə Qərargahının ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

01 Oktyabr 2022, 14:40 (GMT +4)
Berluskoni: İtaliyanın yeni hökuməti Rusiyaya qarşı mövqeyini dəyişməməlidir

01 Oktyabr 2022, 14:38 (GMT +4)
BMT Kabildə 32 tələbə və şagirdin ölümünə səbəb olan hücumu pisləyib

01 Oktyabr 2022, 14:20 (GMT +4)
Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

01 Oktyabr 2022, 14:17 (GMT +4)
Arestoviç Ukraynanın 2023-cü ilin iyulunda NATO-ya daxil olacağını proqnozlaşdırıb

01 Oktyabr 2022, 14:10 (GMT +4)
Suraxanıda hərbi sursat aşkar edilib

01 Oktyabr 2022, 14:00 (GMT +4)
Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək

01 Oktyabr 2022, 13:49 (GMT +4)
Almaniya çempionatı: “Bavariya” 4 cavabsız qolla qələbə qazanıb 

01 Oktyabr 2022, 13:38 (GMT +4)
Dövlət başçısı: “Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

01 Oktyabr 2022, 13:30 (GMT +4)
Prezident: Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək

01 Oktyabr 2022, 13:23 (GMT +4)
Kabildə daha bir partlayış törədilib, yaralananlar var

01 Oktyabr 2022, 13:22 (GMT +4)
FİDE reytinqi: Şəhriyar Məmmədyarov “10-luğ”u tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66