Yaponiya hökuməti tam heyətlə istefa verib10 Avqust 2022, 09:57 (GMT +4) Bakı, 10 avqust, SalamNews . Yaponiyada xalq dəstəyinin azalması fonunda baş nazir Fumio Kişidanın dəyişikliklərindən öncə hökumətinin bütün üzvləri istefa verib.
SalamNews "TASS"a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin fövqəladə iclasında hökümətin bütün üzvləri istefa ərizələrini təqdim ediblər, baş nazir onları qəbul edib.
Hökumətin bütövlükdə istefası kadr dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri prosedurdur. İstefa verən nazirlər yeni kabinet formalaşana qədər formal olaraq vəzifələrini icra edəcəklər.
Xarici işlər naziri Yosimasa Hayasi və Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun öz vəzifələrində qalacaqları ehtimal edilir.
|