Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Yevlaxda yataqxanada yanğına görə cinayət işi başlanıb, saxlanılan var

10 Avqust 2022, 09:45 (GMT +4)

Bakı, 10 avqust, SalamNews. Xəbər verildiyi kimi, avqustun 9-u saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib.

SalamNews xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib ki, dərhal yanğının baş verdiyi yerə Fövqaladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyyə edilib.

Hadisə zamanı binada yaşayan sakinlərdən hazırda xəstəxanaya müraciət edən olmayıb.

Yanğının söndürülməsi ilə bağlı tədbirlərə cəlb edilmiş Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, onlara tibbi yardım göstərilib, hazırda vəziyyətləri normaldır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Oktyabr 2022, 18:25 (GMT +4)
Fransanın 6 şəhəri DÇ-2022-ni boykot edib

04 Oktyabr 2022, 18:00 (GMT +4)
AMB: Azərbaycanda pul bazası sentyabrda cüzi azalıb

04 Oktyabr 2022, 17:50 (GMT +4)
Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılışı olub

04 Oktyabr 2022, 17:42 (GMT +4)
U-19 millimizin baş məşqçisi ilə yollar ayrılıb

04 Oktyabr 2022, 17:41 (GMT +4)
TƏCİLİ! Zelenski Rusiyanın “yeni regionlarının” tanınmaması haqqında fərman imzalayıb

04 Oktyabr 2022, 17:40 (GMT +4)
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

04 Oktyabr 2022, 17:30 (GMT +4)
Prokurorluq erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı minalarla bağlı araşdırma aparır

04 Oktyabr 2022, 17:20 (GMT +4)
Peskov: Moskva danışıqlarda Kiyevin mövqeyinin dəyişməsini gözləyəcək

04 Oktyabr 2022, 17:19 (GMT +4)
AFFA Canni De Byazi ilə müqaviləni yeniləyib

04 Oktyabr 2022, 17:16 (GMT +4)
İran İraqın şimalında separatçı kürd bölmələrini yenidən PUA-larla hədəfə alıb

04 Oktyabr 2022, 17:12 (GMT +4)
Baş Prokurorluq uşaqların təlim-tərbiyəsi ilə bağlı valideynlərə müraciət edib

04 Oktyabr 2022, 17:00 (GMT +4)
MN: Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

04 Oktyabr 2022, 16:55 (GMT +4)
Azərbaycanda son sutkada 96 nəfər koronavirusa yoluxub

04 Oktyabr 2022, 16:38 (GMT +4)
Netanyahu işğal altında olan ərazilərdə yeni yaşayış massivləri salacağını bildirib

04 Oktyabr 2022, 16:30 (GMT +4)
DİN: Xətai rayonunda narkotikə görə 112 nəfər saxlanılıb (VİDEO)

04 Oktyabr 2022, 16:19 (GMT +4)
Şoyqu: Rusiya Silahlı Qüvvələrinə qismən səfərbərlik çərçivəsində artıq 200 mindən çox şəxs qatılıb

04 Oktyabr 2022, 16:10 (GMT +4)
Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

04 Oktyabr 2022, 16:06 (GMT +4)
“Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir (FOTO)

04 Oktyabr 2022, 16:03 (GMT +4)
Britaniyanın baş naziri: Mən qatı sionistəm və İsrailin tərəfdarıyam

04 Oktyabr 2022, 15:56 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

04 Oktyabr 2022, 15:46 (GMT +4)
Şöbə rəisi: Edillidə tapılan qalıqlar hərbçilərimizə aiddir

04 Oktyabr 2022, 15:36 (GMT +4)
İraq: İranla nüvə danışıqlarının uğursuzluğu bütün regiona mənfi təsir göstərəcək

04 Oktyabr 2022, 15:32 (GMT +4)
Sabahdan kolleclərə qəbul olanlar üçün qeydiyyat başlayır

04 Oktyabr 2022, 15:20 (GMT +4)
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Xəzər rayonunda keçiriləcək

04 Oktyabr 2022, 15:10 (GMT +4)
Yasamalda narkotikə görə 12 nəfər tutulub, əraziyə naryad qrupları təhkim olunub

04 Oktyabr 2022, 14:58 (GMT +4)
Prezident bir qrup təhsil işçisini “Tərəqqi” medalı ilə təltif edib (SİYAHI)

04 Oktyabr 2022, 14:48 (GMT +4)
Paşinyanın həyat yoldaşının KİV-i Rusiyanın Ermənistanı birləşdirmək “istəklərindən” yazıb

04 Oktyabr 2022, 14:44 (GMT +4)
WSJ: ABŞ Çinə mikrosxem və yarımkeçiricilərin ixracına yeni məhdudiyyətlər qoymağı planlaşdırır

04 Oktyabr 2022, 14:40 (GMT +4)
Bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib (SİYAHI)

04 Oktyabr 2022, 14:31 (GMT +4)
Mərakeş İranı “Polisario Cəbhəsi”ni PUA-larla silahlandırmaqda ittihamlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66