Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Futbolçularım çox əziyyət çəkdilər - Qurban Qurbanov

10 Avqust 2022, 01:28 (GMT +4)

Bakı, 10 avqust, SalamNews, R.Nadirli. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una 3:1 hesabı ilə qalib gələrək (ilk oyun - 1:1) pley-offa adlamaları barədə danışıb.

SalamNews xəbər verir ki, o, səfərdəki cavab matçından sonra təşkil olunan mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Həqiqətən də çox əziyyət çəkdilər. Qalib gəlməyi çox istəyirdilər. Allaha şükürlər olsun, hər şey bizim tərəfimizdə oldu. Hesab bəlkə də bizi aldada bilər. Amma buna baxmayaraq, çox əziyyət çəkərək qalib gəldik. Çox yaxşı komandaya qarşı oynadıq. Bir şeyi qeyd edim ki, hesabın tam əksi də ola bilərdi. Çünki rəqibin də çox yaxşı qol imkanları var idi. "Ferentsvaroş"a uğurlar arzu edirəm. Öz futbolçularımın isə hər birini qucaqlayıram. Bütün Azərbaycanı təbrik edirəm".

Ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən Ağdam təmsilçisinin çalışdırıcısı minimum hədəflərinə çatıb-çatmadıqları ilə bağlı sualı bu cür cavablandırıb: "Biz bu gün ümumiyyətlə bu barədə düşünmürük. Mən dəfələrlə demişəm ki, bizim irəli getmək üçün nə qədər şansımız varsa, ondan maksimum yararlanmalıyıq. Biz bu gün rahat olub, desək ki, eybi yox, uduzsaq da, Avroliqanın qrupunu təmin etmişik, uduzmuş olarıq. Futbol hazırda elə bir səviyyəyə gəlib çatıb ki, hər il belə uğurları, qalibiyyətləri əldə etmək olmur. Çünki hər bir rəqib, hər bir ölkənin futbolu tam fərqli səviyyəyə gəlib çıxıb. Ona görə də bu gün şansımız varsa, bundan maksimum yararlanmağa çalışmalıyıq".

Q.Qurbanov "Viktoriya"ya (Plzen, Çexiya) qarşı pley-off oyununu Bakı Olimpiya Stadionunda keçirib-keçirməyəcəkləri barədə suala da cavab verib: "Hazırda buna cavab verə bilməyəcəyəm. Çünki bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda oynamışıq. Bu barədə yəqin ki, müzakirə etmək lazım olacaq. Bəlkə də birdən-birə stadionu dəyişdirib, BOS-a getmək düzgün olmaz. Ona görə hər bir halda Bakıda bu məsələni müzakirə edərik".

Qurbanov bildirib ki, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörməti var: "Çerçesova böyük hörmətim var, O, çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyini deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik".

Qurbanov qeyd edib ki, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: "Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi".

Qeyd edək ki, "Qarabağ" pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Oktyabr 2022, 18:25 (GMT +4)
Fransanın 6 şəhəri DÇ-2022-ni boykot edib

04 Oktyabr 2022, 18:00 (GMT +4)
AMB: Azərbaycanda pul bazası sentyabrda cüzi azalıb

04 Oktyabr 2022, 17:50 (GMT +4)
Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılışı olub

04 Oktyabr 2022, 17:42 (GMT +4)
U-19 millimizin baş məşqçisi ilə yollar ayrılıb

04 Oktyabr 2022, 17:41 (GMT +4)
TƏCİLİ! Zelenski Rusiyanın “yeni regionlarının” tanınmaması haqqında fərman imzalayıb

04 Oktyabr 2022, 17:40 (GMT +4)
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

04 Oktyabr 2022, 17:30 (GMT +4)
Prokurorluq erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı minalarla bağlı araşdırma aparır

04 Oktyabr 2022, 17:20 (GMT +4)
Peskov: Moskva danışıqlarda Kiyevin mövqeyinin dəyişməsini gözləyəcək

04 Oktyabr 2022, 17:19 (GMT +4)
AFFA Canni De Byazi ilə müqaviləni yeniləyib

04 Oktyabr 2022, 17:16 (GMT +4)
İran İraqın şimalında separatçı kürd bölmələrini yenidən PUA-larla hədəfə alıb

04 Oktyabr 2022, 17:12 (GMT +4)
Baş Prokurorluq uşaqların təlim-tərbiyəsi ilə bağlı valideynlərə müraciət edib

04 Oktyabr 2022, 17:00 (GMT +4)
MN: Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

04 Oktyabr 2022, 16:55 (GMT +4)
Azərbaycanda son sutkada 96 nəfər koronavirusa yoluxub

04 Oktyabr 2022, 16:38 (GMT +4)
Netanyahu işğal altında olan ərazilərdə yeni yaşayış massivləri salacağını bildirib

04 Oktyabr 2022, 16:30 (GMT +4)
DİN: Xətai rayonunda narkotikə görə 112 nəfər saxlanılıb (VİDEO)

04 Oktyabr 2022, 16:19 (GMT +4)
Şoyqu: Rusiya Silahlı Qüvvələrinə qismən səfərbərlik çərçivəsində artıq 200 mindən çox şəxs qatılıb

04 Oktyabr 2022, 16:10 (GMT +4)
Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

04 Oktyabr 2022, 16:06 (GMT +4)
“Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir (FOTO)

04 Oktyabr 2022, 16:03 (GMT +4)
Britaniyanın baş naziri: Mən qatı sionistəm və İsrailin tərəfdarıyam

04 Oktyabr 2022, 15:56 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

04 Oktyabr 2022, 15:46 (GMT +4)
Şöbə rəisi: Edillidə tapılan qalıqlar hərbçilərimizə aiddir

04 Oktyabr 2022, 15:36 (GMT +4)
İraq: İranla nüvə danışıqlarının uğursuzluğu bütün regiona mənfi təsir göstərəcək

04 Oktyabr 2022, 15:32 (GMT +4)
Sabahdan kolleclərə qəbul olanlar üçün qeydiyyat başlayır

04 Oktyabr 2022, 15:20 (GMT +4)
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Xəzər rayonunda keçiriləcək

04 Oktyabr 2022, 15:10 (GMT +4)
Yasamalda narkotikə görə 12 nəfər tutulub, əraziyə naryad qrupları təhkim olunub

04 Oktyabr 2022, 14:58 (GMT +4)
Prezident bir qrup təhsil işçisini “Tərəqqi” medalı ilə təltif edib (SİYAHI)

04 Oktyabr 2022, 14:48 (GMT +4)
Paşinyanın həyat yoldaşının KİV-i Rusiyanın Ermənistanı birləşdirmək “istəklərindən” yazıb

04 Oktyabr 2022, 14:44 (GMT +4)
WSJ: ABŞ Çinə mikrosxem və yarımkeçiricilərin ixracına yeni məhdudiyyətlər qoymağı planlaşdırır

04 Oktyabr 2022, 14:40 (GMT +4)
Bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib (SİYAHI)

04 Oktyabr 2022, 14:31 (GMT +4)
Mərakeş İranı “Polisario Cəbhəsi”ni PUA-larla silahlandırmaqda ittihamlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66