RİA Novosti: ABŞ rəhbərliyi Zelenskini əvəz edəcək adam axtarır08 Avqust 2022, 16:10 (GMT +4) Bakı, 8 avqust, SalamNews. ABŞ rəhbərliyi Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskinin yerinə namizəd axtarmağa başlayıb.
SalamNews xəbər verir ki, bu barədə "RİA Novosti"nin köşə yazarı Viktoriya Nikiforova yazır.
Ekspertin fikrincə, Zelenskinin tərəfdarlarının, o cümlədən bəzi ABŞ konqresmenlərinin, jurnalistlərin və hüquq müdafiəçilərinin tənqidi buna sübut ola bilər.
"Qlobal regional komitə sadəcə olaraq Zelenskini əvəz edəcək adam axtarmağa başladı. Artist açıq şəkildə işinin öhdəsindən gəlmir. Bu gün mütərəqqi mediada onun yerini general Zalujnı tutub", deyə müəllif qeyd edib.
|