Nəcəfdə partlayış baş verib, yeddi nəfər həyatını itirib08 Avqust 2022, 14:05 (GMT +4) Bakı, 8 avqust, SalamNews, B.Samid. İraqın Nəcəf əyalətində hərbi qərargahların birində baş verən partlayışda 12 nəfər həyatını itirib və ya yaralanıb.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.
Bildirilib ki, Nəcəf əyalətində hərbi qərargahların birində silah-sursat saxlanan anbarda partlayış baş verib.
Daha sonra İraq Silahlı Qüvvələrinin Haşd-Şabi Ordusunun “Səraya Səlam” hərbi briqadası bəyanat yayaraq, partlayışın onun nəzarətində olan bir anbarda baş verdiyi və hadisənin akkumulyatorların yanmasından dolayı baş verdiyini bildirib.
Bu hadisə nəticəsində yeddi nəfər həyatını itirib və beş nəfər yaralanıb.
|