Çin ABŞ-ı Tayvanla eyni səhvləri təkrarladığına görə tənqid edib06 Avqust 2022, 16:49 (GMT +4) Bakı, 6 avqust, SalamNews. Birləşmiş Ştatlar Tayvan boğazında status-kvonu pozub və ada ilə bağlı birtərəfli qanunları rəhbər tutur.
SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.
Çin Xarici İşlər Nazirliyinin rəhbəri Pekinin Konqresin aşağı palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə “əsassız kəskin” reaksiya verməsi ilə bağlı sözləri şərh edib.
Qeyd olunub ki, ABŞ Nümayəndələr Palatasının sədrinin adaya səfəri presedenti 1997-ci ildə də, həmin vaxt eyni vəzifədə olan Nyut Qinqriçin Tayvana səfər etməsilə baş verib.
Çinli nazir cavab olaraq bildirib ki, Qinqriçin səfəri “ciddi səhv idi” və bundan sonra Çin hakimiyyəti belə bir addıma qəti şəkildə qarşı çıxıb.
“Birləşmiş Ştatların eyni səhvləri təkrarlamaq haqqı yoxdur. Vaşinqton keçmiş səhvləri bu gün təkrarlamaq üçün bəhanə və əsas kimi istifadə edə bilməz. ABŞ həqiqətənmi tarixdə etdikləri bütün o pis və biabırçı işləri bir daha təkrarlamaq istəyir?", deyə nazir bildirib.
Van İ Çinin Tayvan boğazındakı hərəkətləri ilə oradakı status-kvonu dəyişdirməsi ilə bağlı iddiaları şayiə və böhtan olduğunu bildirib.
"Tayvan heç vaxt ayrı bir ölkə olmayıb, dünyada yalnız bir Çin var və Tayvan boğazının hər iki tərəfi bir dövlətə aiddir, bu, Tayvan üçün qədim zamanlardan bu günə qədər mövcud status-kvodur", deyə nazir əlavə edib.
|