İranda məhərrəmlik mərasimlərinə hücum planlaşdıran 10 İŞİD üzvü tutulub 04 Avqust 2022, 14:18 (GMT +4) Bakı, 4 avqust, SalamNews, B.Samid. İranda xüsusi əməliyyat çərçivəsində 10 İŞİD üzvü ələ keçirilib.
SalamNews İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Bildirib ki, İraq və Türkiyə sərhədlərində aparılan nəzarətdən başlayaraq xüsusi əməliyyat həyata keçirilib və sonda 10 nəfər ölkənin müxtəlif bölgələrində ələ keçirilib.
İŞİD -ə tabe olan bu şəxslərin İranda Məhərrəmlik mərasimlərinə hücum planlaşdırdıqları bildirilib.
Onların üzərindən və qaldıqları yerdən silah-sursat və partlayıcı maddələr aşkarlanıb.
|