Rusiya aviaşirkəti Azərbaycana uçuşların dayandırılma müddətini uzadıb02 Avqust 2022, 14:10 (GMT +4) Bakı, 2 avqust, SalamNews. Rusiyanın Ural Hava Yolları şirkəti ölkənin cənubuna və bəzi MDB ölkələrinə (Qazaxıstan, Azərbaycan, Ermənistan və Özbəkistan) uçuşların ləğvi müddətini oktyabrın 29-dək uzadıb.
SalamNews-un Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə aviaşirkətin yaydığı məlumatda deyilir.
Uçuşların dayandırılma səbəbləri açıqlanmır.
Aviaşirkət müştərilərə biletlərin pulunun geri qaytarılmasını və ya başqa tarixə dəyişdirilməsini təklif edib.
|