Kərbəlada Məhərrəm ayına hazırlıq görülür (FOTO)25 İyul 2022, 14:24 (GMT +4) Bakı, 25 iyul, SalamNews, B.Samid. Kərbəlada İmam Hüseynin (ə) hərəmində Məhərrəm ayının əzadarlığı üçün hazırlıqlar görülür.
SalamNews xəbər verir ki, hicri-qəməri tarixi ilə 1443-cü ilin zilhiccə ayı sona çatmaq üzrədir. Bu aydan sonra Məhərrəm ayı gəlir. Məhərrəm ayına bir neçə gün qalmış artıq Kərbəlada əzadarlıq günləri üçün hazırlıqlar görülür.
İmam Hüseynin (ə) məqbərəsi kompleksinin içində və meydanlarında Məhərrəm ayının gəlişi ilə bağlı qara bayraqlar və örtüklər asılır.
Həmçinin Məşhəddə İmam Rzanın (ə), Samirra və Kazimeyndə digər imamların məqbərələrində də Məhərrəm ayına hazırlıqlara start verilib.
|