Rəsmi Dəməşq Ukrayna ilə diplomatik əlaqələri dayandırıb20 İyul 2022, 11:47 (GMT +4) Bakı, 20 iyul, SalamNews, B.Samid. Rəsmi Dəməşq Ukrayna hökumətinin qərarına cavab və qarşılıqlılıq prinsipinə əsaslanaraq, Ukrayna ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.
SalamNews SANA-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ukraynanın qərarına qarşılıq olaraq bu ölkə ilə diplomatik əlaqələr dayandırılıb.
“Suriya Ərəb Respublikası xatırladır ki, Ukrayna hökuməti 2018-ci ildən Suriya səfirliyində çalışan suriyalı diplomatların rezidentlik statusunu yeniləməkdən imtina etdikdən sonra Suriya ilə əlaqələri praktiki olaraq kəsmişdi”, deyə Suriya XİN mənbəsinin açıqlamasında əlavə edilib.
Qeyd edək ki, Suriya ötən ay “DXR” və “LXR”-nı tanıdğını elan edib.
|