Nəcəf, Kərbəla və Məşhəd hərəmləri Qədir-Xum bayramında (FOTO)18 İyul 2022, 13:31 (GMT +4) Bakı, 18 iyul, SalamNews, B.Samid. İmamların məzarının yerləşdiyi müqəddəs məkanlar Qədir-Xum bayramı münasibətilə müxtəlif bayram tədbirlərinin şahidi olub.
SalamNews xəbər verir ki, hicri-qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edən Qədir-Xum bayramı münasibətilə İraqda, İranda və Suriyada imamların və Əhli-Beytin müqəddəs simalarının məqbərələrində bayram mərasimləri keçirilib.
Məqbərələrdə Qədir-Xum bayramına məxsus bayraqlar qaldırılıb.
Təkcə Nəcəfdə İmam Əlinin (ə) məqbərəsi kompleksi tərəfindən Qədir-Xum bayramı münasibətilə 250 min insana ehsanlar paylanılıb.
SalamNews Qədir-Xum bayramının mənəvi abu-havasını əks etdirən bir neçə görüntünü təqdim edir:
|