Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Baş İdarə Qurban bayramı münasibətilə tədbir keçirib (FOTO)

08 İyul 2022, 13:25 (GMT +4)

Bakı,8 iyul, SalamNews. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qurban Bayramı ərəfəsində Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsi Pansionatında konsert təşkil edib.

SalamNews xəbər verir ki, konsertin aparıcısı Günay Firudinqızı qonaqları salamlayaraq, Müqəddəs Qurban Bayramının mühüm özəlliklərindən birinin ahılları yada salmaq, onlarla bayramlaşmaq olduğunu qeyd edib. Tədbirdə çıxış edən Pansionatın direktoru Samirə Mehdiyeva müharibə və əmək əlillərinə dövlət qayğısından və onlar üçün hazırlanan proqramların ahıllarımızın asudə vaxtının təşkilində əhəmiyyətindən danışıb. Milli Məclisin deputatı Jalə Əhmədova ağsaqqallarımızla, ağbirçəklərimizlə hər görüşün böyük mənəvi dəyəri olduğunu vurğulayıb.

Konsert proqramında populyar müğənni Elnur Məmmədov və rəqqasə Fatimə Fətəliyeva ahıllarımıza əsl bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Pansionat sakinləri bu gözəl ortamı yaratdıqlarına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66