Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Əlcəzair rəsmi Dəməşqi Ərəb Dövlətləri Liqasına qəbul etməyə çağırıb

06 İyul 2022, 11:56 (GMT +4)

Bakı, 6 iyul, SalamNews, B.Samid. Əlcəzair hökuməti Ərəb Dövlətləri Liqasının zirvə toplantısının keçirilməsi fonunda Suriyanın da bu liqaya qayıtmasını istəyib.

SalamNews xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Ramdan Lamamra Suriyanın əl-İxbariyyə telekanalına müsahibəsində deyib.

O, Əlcəzairdə keçiriləcək Ərəb Dövlətləri Liqasının zirvə toplantısı öncəsi verdiyi müsahibədə qeyd edib ki, ölkəsi rəsmi Dəməşqin liqaya qayıtmasını dəstəkləyir və ümid edir ki, Suriyanın qayıtması baş tutacaq.

Suriyanı ƏDL-in banilərindən biri kimi qiymətləndirən Əlcəzair naziri qarşıda gələn liqanın toplantısında Suriyanın da iştirakına ümidvar olduğunu ifadə edib.

Qeyd edək ki, rəsmi Dəməşqin ƏDL-dəki üzvlüyü 2012-ci ildə Dohada keçirilən zirvə toplantısında dayandırılıb. Əlcəzair bu üzvlüyü yenidən bərpa etməyə çalışır.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Prezidenti Əlcəzairin Baş naziri ilə görüşüb

Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb

Əlcəzair prezidentinin Rusiyaya səfəri planlaşdırılır

Əlcəzair Azərbaycanla enerji sahəsində irəliləyişlərə nail olmaq üçün dəstək göstərəcək

Azərbaycan və Əlcəzair neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

Pərviz Şahbazov Əlcəzairə səfər edib

Əlcəzairdə bir nəfərin qətlindən sonra 48 nəfər edama məhkum edilib

Əlcəzair prezidenti: BMT Baş Assambleyasından Fələstini müstəqil dövlət kimi tanımasını tələb edəcəyik

HƏMAS Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasına çağırış edib

Əlcəzairdə Ərəb Dövlətləri Liqasının zirvə toplantısı keçirilir

Prezident İlham Əliyev Əlcəzairə səfərə gəlib

Prezident İlham Əliyev Əlcəzair dövlət başçısını təbrik edib

Elxan Poluxov Misirə, Tural Rzayev Əlcəzairə səfir təyin edilib

Fələstinli hərəkatlar ixtilaflara son qoymağa dair “Əlcəzair Bəyannaməsi”ni imzalayıblar

Fələstinin partiya və hərəkatları parçalanmaya son qoymaq məqsədilə Əlcəzairdə bir araya gəliblər

ABŞ Konqresinin 27 üzvü Əlcəzairə qarşı sanksiyaların tətbiqinə çağırıb

Fransa və Əlcəzair prezidentləri son beş ildə ilk dəfə görüşüblər

Makron Avropada enerji böhranı fonunda neft-qaz sərvətlərinə malik olan Əlcəzairə gedir

Azərbaycan XİN Əlcəzairə başsağlığı verib

Əlcəzairdə 37 nəfərin həyatına son qoyan geniş miqyaslı yanğın nəzarətə götürülüb


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66