Zaxarova Latviyanın xarici işlər naziri Rinkeviçə “özünüzə yaraşıqlı kişi tapmağı” tövsiyə edib02 İyul 2022, 16:48 (GMT +4) Bakı, 2 iyul, SalamNews . Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Edqar Rinkeviçin borşla bağlı açıqlamasına cavab verib.
Yemək YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildikdən sonra o, Zaxarovaya müraciət edərək "bəyəndin - bəyənmədin, səbr et, gözəlim" deyib.
"Edqar özünüzə yaraşıqlı bir kişi tapın və qoyun o səbr etsin. Mən isə sizin deyiləm", deyə Zaxarova "Telegram" kanalında qeyd edib.
SalamNews "RT"yə istinadən xəbər verir ki, iyulun 1-də Ukrayna borşunun bişirilməsi mədəniyyəti YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib.
|