Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb02 İyul 2022, 15:05 (GMT +4) Bakı, 2 iyul, SalamNews . Hindistanın şimal-şərqindəki Manipur əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Hindistan hökümətinin məlumatına görə, sürüşmə iyunun 30-da Noni yaxınlığındakı dəmir yolu relslərində tikinti işləri aparılan ərazidə düşüb. İndiyədək 40 nəfərin taleyi ilə bağlı heç nə məlum deyil.
SalamNews xəbər verir ki, Hindistanın yüksək rütbəli rəsmilərindən biri "Anadolu" agentliyinə 18 nəfərin xilas edildiyini bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə işləri yüksək ehtiyatla aparılır.
Eyni zamanda, Hindistanın Assam əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 173-ə çatıb.
|