İran XİN rəhbəri: Dəməşqlə Ankara arasında barışıq üçün Suriyaya gedirəm02 İyul 2022, 12:56 (GMT +4) Bakı, 2 iyul, SalamNews, B.Samid. “Suriya ilə Türkiyə arasında sülh və barışıq yaratmaq Dəməşqə səfərimin məqsədlərindən biridir.”
SalamNews İRNA-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dəməşqə səfərindən öncə deyib.
Bu gün baş tutan səfərdən öncə Abdullahiyan bildirib ki, məqsədlərindən biri də Dəməşqlə Ankara arasında barışıq yaratmaqdır.
"Bölgədə dəyişikliklər baş verir və biz çalışmalıyıq ki, İranın rolu həmişə konstruktiv olsun və regionda yeni böhranın qarşısını alsın. Dəməşqə səfərimin bir məqsədi də İranla mühüm əlaqələri olan iki ölkə, yəni Suriya və Türkiyə arasında sülh və təhlükəsizliyin bərqərar edilməsini hədəfləyir”, deyə İran XİN rəhbəri əlavə edib.
İran XİN rəhbərinin bu gün Dəməşqdə Bəşər Əsədlə görüşü gözlənilir.
|