Kristof Qaltye PSJ-ni çalışdıracaq02 İyul 2022, 12:22 (GMT +4) Bakı, 2 iyul, SalamNews, R.Nadirli. Baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni yeniləmək üçün razılaşa bilməyən PSJ-ni Kristof Qaltye çalışdıracaq.
SalamNews xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Paris təmsilçisi 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq. PSJ-nin bu təyinatı bazar ertəsi açıqlayacağı gözlənilir.
|