Boris Conson Odessanın fəxri vətəndaşı olub02 İyul 2022, 13:47 (GMT +4) Bakı, 2 iyul, SalamNews . Böyük Britaniyanın baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib.
"Böyük Britaniyanın Baş naziri Boris Consonun I, II, III dərəcəli Qriqori Marazlı adına fəxri döş nişanı ilə təltif edilməsi haqqında sərəncam imzaladım. Beləliklə, o, Odessanın fəxri vətəndaşı oldu. Cənab Conson Böyük Britaniyanın ilk vətəndaşıdır ki, 1862-ci ildən mövcud olan Odessanın fəxri vətəndaşı döş nişanı mükafatı ilə təltif edilib", deyə şəhər meri bildirib.
Böyük Britaniyanın baş naziri iyunun 23-də Odessanı vurğulayaraq bəyan edib ki, Böyük Britaniya təkcə Ukrayna limanlarının minalardan təmizlənməsi məsələsində deyil, həm də onları tərk edəcək gəmilərin sığortası məsələsində yardım göstərməyə hazırdır.
|