Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

ABŞ Səfirliyinin Müstəqillik günü münasibətilə tədbir keçirilib

02 İyul 2022, 12:43 (GMT +4)

Bakı, 2 iyul, SalamNews. Səfir Erl (Li) Litzenberger və ABŞ-nin Bakıdakı səfirliyi bu axşam ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbulunun 246-cı ildönümünə həsr olunmuş mərasimdə qonaqları qarşılayıblar.

SalamNews xəbər verir ki, Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də xarici diplomatların və media nümayəndələrinin iştirak etdiyi illik 4 İyul qəbul mərasimində Amerikanın müstəqillik, azadlıq və demokratiya dəyərlərinə, eləcə də Amerikanın zəngin tarixi və mədəni irsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin “Rock and Roll” mövzusuna uyğun olaraq, Azərbaycanın “Eurovision” qalibi Eldar Qasımov şənliyə Amerika və Azərbaycan himnlərinin coşğulu  ifası ilə başlayıb. 

Səfir Litzenberqer toplantını rəsmi şəkildə açaraq qonaqlara dedi: “4 iyul 1776-cı il tarixli Müstəqillik Bəyannaməsi həmin gündən etibarən Birləşmiş Ştatları dövlət kimi müəyyən etmiş və bu gün hələ də dünyada insanları ruhlandıran fundamental azadlıqların bəyanatı kimi çıxış edir. Biz müstəqilliyimizi bəyan etdik ki, fundamental azadlıqlarımızı sərbəst həyata keçirək - fikirlərimizi ifadə etmək azadlığına sahib olaq, kiminsə haradansa olmasına, hansısa dildə danışmasına, hansısa dinə etiqad etməsinə, öz ailəsini necə səciyyələndirməsinə əsaslanan ayrı-seçkilikdən azad olaq.” Səfir Litzenberqer “Biz həmin hüquqların, o cümlədən keçmişdə cəmiyyətin qəbul etməkdə çətinlik çəkdiyi hüquqların təmin edilməsində və qorunmasında hökumətimizə güvənirik. Biz inanırıq ki, həmin azadlıqların qorunması və həyata keçirilməsi fərd və cəmiyyət olaraq potensialımızı tam gerçəkləşdirməyə imkan verir” deyərək əlavə etdi.  

Azərbaycan hökumətini fəxri qonaq qismində təmsil edən Maliyyə Naziri Samir Şərifov Amerikanın Müstəqillik günü münasibətilə öz təbriklərini bildirib.

2022-ci ildə Müstəqillik Gününün qeyd olunması ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdi və bu tədbir, Səfirliyin Avropanın enerji təhlükəsizliyinin təşviqi, ikitərəfli ticarətin və investisiyaların genişləndirilməsi, terrorizm və transmilli təhlükələrlə mübarizədə Azərbaycanla əməkdaşlığa olan sadiqliyini vurğuladı. Səfirlik həmçinin demokratiyanın möhkəmləndirilməsi, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin təşviqi və Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyə nail olmaq kimi ümumi məqsədlərimizə doğru Azərbaycandakı təşkilatlar və fərdlər ilə birgə işləməkdən qürur duyur.

Tədbirin mövzusu olan Amerikanın “Rock and Roll” janrı Birləşmiş Ştatları bütün dünyada tanıtmışdır. 1960-cı və 70-ci illərdə “Rock and Roll” sosial dəyişikliyin və ifadə azadlığının rəzminə çevrilmişdir. Gecə boyunca qonaqlar xüsusi olaraq seçilmiş rok-n-roll mahnılarından zövq alıblar. Qonaqlar Berri, Prins, Madonna, Ledi Qaqa kimi sənətçilərin musiqi sədaları altında rəqs etdikcə, ecazkar Amerikan incəsənətindən zövq aldılar. 

ABŞ Səfirliyi, həmçinin Müstəqillik Günü bayramı üçün ianələr edən şirkətlərə və fərdlərə öz təşəkkürlərini bildirir. Onların bu dəstəyi 4 İyul qeydetmə mərasimimizin əvəzolunmaz hissəsi olub.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Avqust 2022, 20:19 (GMT +4)
Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib, xüsusi müşavirə keçirib (VİDEO)

19 Avqust 2022, 18:00 (GMT +4)
Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və "şikəst" sözləri çıxarılıb

19 Avqust 2022, 17:52 (GMT +4)
“Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

19 Avqust 2022, 17:40 (GMT +4)
Dövlət Vergi Xidməti lizinq şirkətlərinin təmsilçiləri ilə görüş keçirib

19 Avqust 2022, 17:30 (GMT +4)
Abşeron və Hacıqabulda qanunsuz qum hasilatına görə cinayət işi başlanılıb

19 Avqust 2022, 17:28 (GMT +4)
ÜİRÖM: Rusiyalıların 80%-i Putinə etibar edir

19 Avqust 2022, 17:20 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

19 Avqust 2022, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 499 yeni yoluxma faktı qeydə alınıb

19 Avqust 2022, 17:07 (GMT +4)
Lukaşenko: Belarus Ukraynaya hücum etmək fikrində deyil

19 Avqust 2022, 17:00 (GMT +4)
“Viktoriya” - “Qarabağ” matçı üçün əlavə biletlər satışa çıxarılıb

19 Avqust 2022, 16:55 (GMT +4)
İnam Kərimov Balakəndə vətəndaşları qəbul edib

19 Avqust 2022, 16:43 (GMT +4)
Bakıda təzyiqli magistral su kəmərində qəza baş verib

19 Avqust 2022, 16:31 (GMT +4)
Tokayev Putinlə görüş üçün Soçiyə gəlib

19 Avqust 2022, 16:20 (GMT +4)
Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəlib

19 Avqust 2022, 16:08 (GMT +4)
Hindistan hakimiyyəti rohinca qaçqınlarını deportasiya etmək niyyətindədir

19 Avqust 2022, 16:08 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti 7 ayda büdcəyə 46 milyon manat vəsait köçürüb

19 Avqust 2022, 15:56 (GMT +4)
Pakistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

19 Avqust 2022, 15:45 (GMT +4)
Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edilib

19 Avqust 2022, 15:44 (GMT +4)
Patruşev Qərbi Rusiya ilə açıq silahlı münaqişəyə hazırlaşmaqda ittiham edib

19 Avqust 2022, 15:32 (GMT +4)
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” dəyişib

19 Avqust 2022, 15:30 (GMT +4)
"Qarabağ"ın Çexiya səfərinin vaxtı müəyyənləşib

19 Avqust 2022, 15:20 (GMT +4)
Azərbaycan Ordusunun polkovnik-leytenantı dünyasını dəyişib

19 Avqust 2022, 15:10 (GMT +4)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

19 Avqust 2022, 15:00 (GMT +4)
Ərdoğan Putinlə Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir

19 Avqust 2022, 14:55 (GMT +4)
İtaliya klubu "Ayaks"dan futbolçu alıb

19 Avqust 2022, 14:48 (GMT +4)
Bakıda qanunsuz işləyən unlu-qənnadı məmulatları müəssisəsi aşkarlanıb

19 Avqust 2022, 14:36 (GMT +4)
Şimali Koreya Cənubi Koreya liderinin təklifinə cavab olaraq ondan “ağzını yummağı” istəyib

19 Avqust 2022, 14:36 (GMT +4)
Baş prokuror Şirvan və Hacıqabul sakinlərini qəbul edəcək

19 Avqust 2022, 14:24 (GMT +4)
FHN: Ötən sutka 92 yanğına çıxış olub

19 Avqust 2022, 14:12 (GMT +4)
Azərbaycan və İordaniya turizm əməkdaşlığını genişləndirə bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66