Zelenski Avropaya «miqrantların axını» ilə bağlı xəbərdar edib01 İyul 2022, 16:32 (GMT +4) Bakı, 1 iyul, SalamNews. Ukrayna prezidenti Volodimir Zelenski Avropanı Qara dənizdəki Ukrayna limanlarını blokdan çıxarmağa kömək etməyə çağırıb. Onun sözlərinə görə, əks halda bu, miqrasiya sunamisi ilə nəticələnəcək.
SalamNews “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Vyanada keçirilən “4Gamechangers” rəqəmsal texnologiyalar və media festivalında onlayn çıxışı zamanı bildirib.
Zelenski həmçinin qeyd edib ki, Rusiya Qara dənizi bağlamaqla genişmiqyaslı aclıq təhlükəsi yaradıb və hazırda Afrika, Asiya və Avropa da daxil olmaqla milyonlarla insanı girova çevirib.
Ukrayna lideri bildirib ki, Avropada qaz və yanacağın qiymətləri Rusiya şirkətlərindən həddən artıq asılıdır və növbəti qışın fəlakətli keçməməsi üçün bu il Rusiyanın enerji resurslarından asılılığından xilas olmaq lazımdır.
Dövlət başçısı vurğulayıb ki, Ukraynanın tərəfdaşları Rusiyaya qarşı sanksiyalar siyasətini sərtləşdirməli və Kiyevə qələbə üçün silahla kömək etməlidir.
|