Sorğu: Rusiyalıların 81%-i Putinə etibar edir01 İyul 2022, 16:03 (GMT +4) Bakı, 1 iyul, SalamNews .Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin araşdırmasının nəticələrinə görə, ölkə sakinləri arasında Rusiya prezidenti Vladimir Putinə etimad səviyyəsi 81% təşkil edir.
"Sorğu iştirakçılarının 81%-i Putinə inamla bağlı suala müsbət cavab verib, prezidentin fəaliyyətini bəyənmə səviyyəsi 78% olub" deyə məlumatda deyilir.
Rusiya hökumətinin fəaliyyəti sorğuda iştirak edən 53,3%, Baş nazir Mixail Mişustinin fəaliyyəti isə 52,2% vətəndaş tərəfindən bəyənilib.
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, sorğu 20-26 iyun tarixlərində 18 yaşdan yuxarı 1600 rusiyalı arasında keçirilib.
|