Lukaşenko bütün ölkələrlə dinc dialoqa diqqət yetirdiyini açıqlayıb01 İyul 2022, 17:12 (GMT +4) Bakı, 1 iyul, SalamNews . Belarus prezidenti Aleksandr Lukaşenko Minskin bütün ölkələrlə dinc dialoqa diqqət yetirdiyini vurğulayıb.
SalamNews -un BELTA-ya istinadla verdiyi xəbərə görə, Lukaşenko bunu Belarus və Rusiyanın Qrodnoda keçirilən IX Regionlar Forumunun plenar iclasında videomüraciətində bildirib.
"Biz bunu simvolik məna olaraq görürük, çünki hər şeyə rəğmən, biz bütün ölkələrlə dinc dialoqa yönəlmişik. Qərb qonşularımız NATO qoşunlarını sərhədimizə çəkərkən, biz tamamilə yaradıcı təşəbbüslərlə məşğuluq" ,deyə ölkə lideri vurğulayıb.
Lukaşenkonun sözlərinə görə, indiki mərhələdə Belarus və Rusiya İttifaq Dövləti inteqrasiya proseslərinin ümumi axınında lokomotiv rolunu oynayır.
|