Kreml bildirib ki, Rusiyanın G20 sammitində iştirakı məsələsi təhlil edilir30 İyun 2022, 17:51 (GMT +4) Bakı, 30 iyun, SalamNews. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın G20-də iştirakı məsələsi təhlil edilir.
SalamNews xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.
"Artıq demişik ki, Rusiyanın G20 üzvü kimi dəvəti var və bu məsələ təhlil edilir. Vaxtında qərar veriləcək", deyə Peskov bildirib.
Bir müddət öncə Rusiya liderinin köməkçisi Yuri Uşakov Rusiya prezidenti Vladimir Putinin İndoneziyanın G20 sammitinə qoşulmaq dəvətini qəbul etdiyini bildirib. Onun sözlərinə görə, Putinin iştirakı əyani yoxsa başqa formatda olacağı hələ bilinmir.
|