Əfqanıstanda Talibana qarşı “Cənubi-Türküstan” adlı partizan qrupu varlığını elan edib30 İyun 2022, 14:44 (GMT +4) Bakı, 30 iyun, SalamNews, B.Samid. Əfqanıstanın Bəlx əyalətində əsasən özbəklərdən ibarət “Cənubi-Türküstan” adlı silahlı partizan qrupu mövcudluğunu elan edib.
SalamNews xəbər verir ki, bu barədə AamajNews agentliyi tvitter səhifəsində məlumat yerləşdirib.
Yayımlanan videoda bir qrup şəxs özlərini “Cənubi-Türküstan”nın əsgərləri adlandırır və Əfqanıstanın şimalında özbəklərin, qırğızların, türkmənlərin və sair türdilli xalqların hüquqlarını müdafiə etmək üçün mübarizə aparacaqlarını bildiriblər.
“Cənubi-Türküstan” adlı silahlı partizan qrupu mövcudluğunu Məzar-Şərif şəhərindən elan etdiklərini bildiriblər.
Qeyd edək ki, bundan öncə Əfqanıstanın mərkəz və şimal bölgələrində taciklər və həzarələrin oxşar partizan qrupları da Talibana qarşı mübarizə məqsədilə varlığını elan ediblər.
|