Rusiya Müdafiə Nazirliyi xoşməramlı addım olaraq qarnizonu İlan adasından geri çəkib30 İyun 2022, 14:42 (GMT +4) Bakı, 30 iyun, SalamNews. Rusiya Silahlı Qüvvələri tapşırıqları yerinə yetirib, xoşməramlı addım olaraq İlna adasında iyunun 30 orada yerləşən qarnizonu geri çəkib.
SalamNews -un xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indi sıra hələ də Qara dəniz sahillərini, o cümlədən liman sularını təmizləməyən Kiyevdədir.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya qoşunlarını İlan adasından çıxarmaqla BMT-nin Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhliz təşkil etmək səylərinə mane olmadığını nümayiş etdirir.
|