Britaniya Ukraynaya yeni hərbi yardım paketi üçün 1 milyard avro ayıracaq30 İyun 2022, 15:57 (GMT +4) Bakı, 30 iyun, SalamNews . Böyük Britaniyanın baş naziri Boris Consonun ofisi Londonun Ukraynaya müdafiə məqsədilə 1 milyard funt sterlinqlik hərbi yardım ayıracağını açıqlayıb.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
"Britaniya silahları, avadanlıqları və təlimləri Ukraynanın müdafiə sənayesini dəyişdirir", deyə Boris Conson bildirib.
Göndərilən hərbi yardımlar arasında pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərinin olduğu bildirilir.
|