Tunisdə muxalifətin lideri terrorçuluqda ittihamlandırılıb29 İyun 2022, 16:10 (GMT +4) Bakı, 29 iyun, SalamNews, B.Samid. Tunis Məhkəməsi İslamçı ən-Nəhda hərəkatının lideri Raşid Əlğannuşini terrorçuluqda ittihamlandırılıb.
SalamNews Tunisin dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, ölkə məhkəməsində ən-Nəhda hərəkatının lideri Raşid Əlğannuşi terrorçuluqda ittihamlandırılıb.
O, terror aktına məruz qalmış solçu siyasi fəallar Şukri Bəlid və Məhəmməd əl-Barahiminin ölümü ilə bağlı məhkəmə işi üzrə ittihamlandırılır.
Qeyd edək ki, Tunis prezidenti Qeys Səid cari ildə birtərəfli qaydada qərar qəbul edərək, hökumətin, eləcə də islamçı ən-Nəhda hərəkatının çoxluq təşkil etdiyi parlamentin buraxılması göstərişini verib.
|