Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib28 İyun 2022, 10:05 (GMT +4) Bakı, 28 iyun, SalamNews. Türkiyənin məşhur aktyoru Cüneyt Arkın 85 yaşında dünyasını dəyişib.
SalamNews xəbər verir ki, bu barədə “CnnTurk” məlumat yayıb.
Əsl adı Fəxrəddin Cürəklibatır olan C. Arkın 500-ə yaxın film və serialda rol alıb. Məşhur aktyor “Malkoçoğlu”, “Batdal Gazi”, “Kara Murat” səhnə adları ilə böyük populyarlıq qazanıb.
O, əsasən “Yeşilçam”ın əfsanəvi ulduzları Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla layihələrdə yer alıb.
|