Azərbaycanın Mədəniyyət naziri İrana gedib20 İyun 2022, 10:11 (GMT +4) Bakı, 20 iyun, SalamNews, B.Samid. Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov bu gün İrana gedib.
SalamNews xəbər verir ki, bu səfər İranın Mədəniyyət və İslami irşad naziri Məhəmməd Mehdi İsmailinin dəvəti ilə baş tutub.
Anar Kərimov bu səfərdə İranın Mədəniyyət və İslami irşad naziri ilə yanaşı, bu ölkənin Milli irs, əl işləri sənayesi və turizm naziri İzztulla Zərğami və digər rəsmi şəxslərlə də görüşəcək.
|