Pakistanın xarici işlər naziri Məşhəddə İmam Rzanın (ə) məqbərəsini ziyarət edib (FOTO)16 İyun 2022, 08:53 (GMT +4) Bakı, 16 iyun, SalamNews, B.Samid. Pakistanın xarici işlər naziri Bilaval Buto Zərdari İrana səfəri çərçivəsində Məşhədə də gedib və burada İmam Rzanın (ə) məqbərəsini ziyarət edib.
SalamNews razavi.ir-ə istinadən xəbər verir ki, Bilaval Buto Zərdari İrana səfərinin sonunda Məşhəddə İmam Rzanın (ə) məqbərəsini ziyarət edib.
Pakistanın xarici işlər naziri burada namaz qıldıqdan və dualar etdikdən sonra müqəddəs hərəmə nəzirini verib.
O bu mənəvi səfərdə İmam Rza Ziyarətgahı Kompleksinin rəhbərliyi ilə də görüşüb.
Qeyd edək ki, Bilaval Buto Zərdari Tehrana səfərində İranın prezidenti İbrahim Rəisi ilə görüşüb.
Məlumata görə gənc nazirin İrana səfərində qaz və elektrik enerjisinin Pakistana ixracı məsələsi və Əfqanıstandakı vəziyyətin müzakirə edilib.
|