Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Binəqədi Gənclər Evində Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

07 İyun 2022, 16:52 (GMT +4)

Bakı, 7 iyun, SalamNews. Binəqədi Gənclər Evində Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

SalamNews xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova, Gençlik ve Spor uzmanı Edip Yalçın, Gençlik ve Spor uzman yardımcısı Ozan Candaş Sevin, Gençlik ve Spor uzmanı Yusuf Ertan, Gençlik ve Spor uzman yardımcısı Sedar Tezcan, Gençlik Hizmetleri müdiri Mehmet Ünlü, Genclik Merkezi müdiri Murat Peşmen  iştirak ediblər.

İlk öncə Günel Həsənova və Namiq Tarverdiyev Gənclər Evinin və Gənclər və İdman İdarəsinin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib.

Daha sonra Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən təqdim olunan gənclərlə bağlı videoçarxı  izləyiblər.

Çay süfrəsi ətrafında Türkiyə və Azərbaycan arasında  dostluq və qardaşlıq münasibətlərindən, hər iki xalqın xoş və çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşməyindən danışılıb.

Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstək verməsinin müharibədəki qələbəmizə təsirli olduğu qeyd olunub.

Sonra ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olunaraq,  idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqqında geniş məlumat verilərək, gənclərlə işləyən mütəxəssislərin mübadilə proqramları, gənclər və idman idarələri arasında əməkdaşlıq və mübadilə, birgə layihələrin keçirilməsi, gənclər və idman sahələrində gələcək inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Türkiyə nümayəndəliyi tərəfindən Azərbaycan nümayəndələri Türkiyəyə dəvət edilib.

Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri təqdimatı edilərək, xatirə şəkli çəkilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66