Stoltenberq: NATO Rusiya ilə müharibənin qarşısını almaq üçün Ukraynaya qoşun göndərməyəcək24 May 2022, 16:40 (GMT +4) Bakı, 24 may, SalamNews. NATO Ukraynadakı münaqişənin tərəfi olmayacaq, ora qoşun göndərməyəcək, çünki alyans Rusiya ilə müharibədən yayınmaq niyyətindədir.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Biz tərəfdaşlarımızı fəal şəkildə dəstəkləyirik, lakin bizim əsas məsuliyyətimiz NATO ölkələrinin təhlükəsizliyini təmin etməkdir. Ona görə də əmin olmalıyıq ki, bu qəddar, iyrənc müharibə Avropada NATO ilə Rusiya arasında genişmiqyaslı müharibə ilə nəticələnməyəcək", deyə Stoltenberq bildirib.
Stoltenberq onu da vurğulayıb ki, 2014-cü ildən bəri NATO ölkələri Ukrayna ordusunun təlimi və təchizatı üçün artıq onlarla milyard dollar vəsait xərcləyib.
|