Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AAYDA: Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

24 May 2022, 15:14 (GMT +4)

Bakı, 24 may, SalamNews. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bu barədə SalamNews-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edəcək.

Avtomobil yolunda hazırda torpaq işləri icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır.

Bundan başqa yolun 6.7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində iki aşırımlı avtomobil körpüsündə svay üçün hazırlıq prosesi aparılmaqla tikintisi davam etdirilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yükunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 İyul 2022, 17:59 (GMT +4)
DSX Naxçıvanla Türkiyə arasında quru sərhədinin bağlanmasına münasibət bildirib

01 İyul 2022, 17:54 (GMT +4)
Lavrov: Makrondan başqa bütün Aİ liderləri ABŞ-ın Aİ-yə rəhbərlik etməsindən məmnundurlar

01 İyul 2022, 17:44 (GMT +4)
Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib

01 İyul 2022, 17:34 (GMT +4)
İsrail qüvvələrinin məhdudiyyətlərinə baxmayaraq Qüdsdə cümə namazına 55 min fələstinli qatılıb

01 İyul 2022, 17:23 (GMT +4)
Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb

01 İyul 2022, 17:12 (GMT +4)
Lukaşenko bütün ölkələrlə dinc dialoqa diqqət yetirdiyini açıqlayıb

01 İyul 2022, 17:02 (GMT +4)
Azərbaycanda meymunçiçəyi virusunun diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlanıb

01 İyul 2022, 16:50 (GMT +4)
Ursula fon der Leyen: Aİ Ukraynanı Avropaya inteqrasiyanın bütün mərhələlərində dəstəkləyəcək

01 İyul 2022, 16:40 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

01 İyul 2022, 16:32 (GMT +4)
Zelenski Avropaya «miqrantların axını» ilə bağlı xəbərdar edib

01 İyul 2022, 16:23 (GMT +4)
Yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb

01 İyul 2022, 16:12 (GMT +4)
Hindistan Məhkəməsi Məhəmməd peyğəmbəri (s) təhqir edən hakim partiyanın sabiq mətbuat katibini üzr istəməyə çağırıb

01 İyul 2022, 16:03 (GMT +4)
Sorğu: Rusiyalıların 81%-i Putinə etibar edir

01 İyul 2022, 15:52 (GMT +4)
Ceyhun Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul edib

01 İyul 2022, 15:42 (GMT +4)
Ərdoğan: Türkiyə üçün İsveç və Finlandiyanın sözləri deyil, hərəkətləri önəmlidir

01 İyul 2022, 15:34 (GMT +4)
“AzerGold” 5 ay üzrə hasilat və ixrac göstəricilərini açıqlayıb

01 İyul 2022, 15:25 (GMT +4)
"Real" yeni formasını təqdim edib - (FOTO)

01 İyul 2022, 15:24 (GMT +4)
İran Səfirliyi quru sərhədlərin bağlanması ilə bağlı xəbərləri təkzib edib

01 İyul 2022, 15:12 (GMT +4)
Konfrans Liqası: "Neftçi", "Zirə" və "Qəbələ"nin oyunlarının hakim təyinatları açıqlanıb

01 İyul 2022, 15:11 (GMT +4)
Lavrov: NATO-nu müdafiə alyansı adlandırmaq axmaqlıq və biabırçılıqdır

01 İyul 2022, 15:03 (GMT +4)
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

01 İyul 2022, 14:57 (GMT +4)
Hindistan və Pakistan mindən çox əsir və məhbusu mübadilə edəcəklər

01 İyul 2022, 14:50 (GMT +4)
DÇ-2022-də yeni sistemdən istifadə ediləcək

01 İyul 2022, 14:47 (GMT +4)
Bayden ABŞ-da böhran fonunda «fantaziya dünyasında» yaşamaqda ittiham olunub

01 İyul 2022, 14:37 (GMT +4)
Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib

01 İyul 2022, 14:27 (GMT +4)
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşib

01 İyul 2022, 14:21 (GMT +4)
"Barselona" teleyayımdan 267 milyon avro qazanacaq

01 İyul 2022, 14:17 (GMT +4)
DİN-in bir qrup zabitinə polis general-mayoru rütbəsi verilib - SİYAHI

01 İyul 2022, 14:11 (GMT +4)
Prezident DİN-in bir qrup əməkdaşını təltif edib - SİYAHI

01 İyul 2022, 14:02 (GMT +4)
İranlı hakerlər İsrailin turizm saytlarında olan 300 min nəfərin məlumatlarını oğurlayıblar -İsrail KİV-ləri

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66