Volodin: Ukrayna ABŞ-ın 40 milyard dollarlıq yardımından yalnız 15%-ni alacaq24 May 2022, 16:11 (GMT +4) Bakı, 24 may, SalamNews. ABŞ və onun tərəfdaşları Ukraynaya real yardım göstərmək niyyətində deyillər: ABŞ-ın ayırdığı 40 milyard dollardan yalnız 15%-i birbaşa Ukraynaya qalır.
SalamNews xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında yazıb.
"Vaşinqton və Brüssel Ukraynaya həqiqətən kömək etmək, onun iqtisadiyyat və sosial sahədə problemlərini həll etmək niyyətində deyil. Onlara Rusiyaya qarşı son ukraynalıya qədər döyüşmək lazımdır", deyə spiker qeyd edib.
"Bunu, xüsusən, bu yaxınlarda ABŞ prezidenti Co Baydenin Ukraynaya 40 milyard dollar məbləğində yardımın ayrılması haqqında imzaladığı qanun sübut edir", deyə Volodin əlavə edib.
"Bu məbləğin 35%-i ABŞ-ın özünün silahlı qüvvələrinin maliyyələşdirilməsinə gedəcək. Vəsaitin 45,2% Ukraynaya deyil, “digər ölkələrə” xərclənməsi planlaşdırılır. 4,8%-i isə qaçqınlara yardım, ABŞ-ın Ukraynadakı səfirliyinin işinin bərpası, diplomatik dəstək və digər sahələr üçün nəzərdə tutulub. 40 milyard dollar, ayrılan məbləğin yalnız 15%-i Ukryanaya çatacaq.
Eyni zamanda, Volodin qeyd edib ki, 40 milyard dollarlıq borcun bütün məbləğini ukraynalıların özləri ödəməli olacaqlar.
|