Bayden Kolumbiyanı ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil edib24 May 2022, 15:21 (GMT +4) Bakı, 24 may, SalamNews. ABŞ prezidenti Co Bayden Kolumbiyaya rəsmən ABŞ-ın NATO xaricində əsas müttəfiqi statusunu verib.
"Prezident kimi səlahiyyətlərim çərçivəsində mən Kolumbiyanı ABŞ-ın NATO-dan kənar əsas müttəfiqləri sırasına daxil edirəm", deyə Vaşinqton administrasiya rəhbərinin memorandumunda deyilir.
SalamNews "TASS"a istinadən xəbər verir ki, Bayden Kolumbiyaya müvafiq statusu vermək niyyətini martda açıqlayıb.
Dövlət Departamentinin saytında qeyd edilib ki, bu status ölkələr arasında sıx əlaqələrdən xəbər verir, o cümlədən Vaşinqtonun xarici tərəfdaşlarına müdafiə ticarəti və təhlükəsizlik sahəsində əməkdaşlıq sahəsində müəyyən üstünlüklərlər təmin edir. Hazırda 20-yə yaxın ölkə ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusuna malikdir.
|