Qazaxıstan Premyer Liqasında komanda sayı azaldılacaq24 May 2022, 13:23 (GMT +4) Bakı, 24 may, SalamNews, R.Nadirli. Qazaxıstan Premyer Liqasında komandaların sayında dəyişiklik ediləcək.
SalamNews xəbər verir ki, bu barədə yerli futbol federasiyasının yeni prezidenti Adilet Barmenkulov Qazaxıstan mətbuatına açıqlamasında məlumat verib.
Qazaxıstan çempionatında hazırda 14 klub mübarizə aparır. Yeni ildən isə sayın 12-ə qədər azaldılacağı ehtimal edilir.
|