Moldovanın sabiq prezidenti Dodon həbs edilib24 May 2022, 13:38 (GMT +4) Bakı, 24 may, SalamNews. Moldovanın eks-prezidenti İqor Dodon saxlanılıb.
SalamNews xəbər verir ki, bu barədə “İnterfaks” ölkənin Baş Prokurorluğunun mətbuat katibi Marianna Kerpekə istinadən xəbər verir.
"Araşdırmalar davam edir. Dodona məxsus evdə və bəzi yerlərdə axtarışlar aparılıb. O, 72 saatlıq, saxlanılıb", deyə Kerpek bildirib.
Onun sözlərinə görə, eks-prezidentə qarşı “Passiv korrupsiya”, “Qanunsuz varlanma” və “Dövlətə xəyanət” maddələri ilə cinayət işi başlanıb.
|