Moldova prokurorluğunun nümayəndəsi Dodonun saxlanması ilə bağlı xəbərləri təsdiqləməyib24 May 2022, 15:06 (GMT +4) Bakı, 24 may, SalamNews. Moldova Baş Prokurorluğunun rəsmi nümayəndəsi Mariana Kerpek Moldovanın keçmiş prezidenti İqor Dodonun saxlanması ilə bağlı yayılan xəbərləri təsdiqləməyib.
"Onun saxlanması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyə bilmirəm. Daha sonra rəsmi açıqlama verəcəyik", deyə Kerpek bildirib.
SalamNews-un "TASS"a istinadən verdiyi xəbərə görə, Kerpek daha əvvəl bildirib ki, Dodon passiv korrupsiyada, vətənə xəyanətdə, qanunsuz varlanmada ittiham olunur.
|